Müğənni Nilüfer və Reha Muhtarın qızı Ayşe Nazlı Yumlu uzun müddətdir münasibətdə olduğu Batuhan Yağlıoğlu ilə ailə qurub.
Cütlük sadə nikah mərasimi ilə həyatlarını birləşdirib.
Reha Muhtarın ötən ay vəfat etməsi səbəbindən toy mərasimi kədərli ab-havada keçib.
Mərasimdən fotoları paylaşan Nilüfer cütlüyü emosional sözlərlə təbrik edib:
“Çox xoşbəxt olun, balalarım...”




