“İnci Taneleri” serialındakı Ayça obrazı ilə tanınan, daha sonra “Yeraltı” layihəsinə keçən 17 yaşlı Ülkü Hilal Çiftçinin ailəsində qalmaqal yaranıb.
Gənc aktrisanın atası Ünal Çiftçi, qızının serialdakı tərəf müqabili olan 27 yaşlı Hakan Çelebi ilə münasibət yaşadığını iddia edərək İstanbul Anadolu Baş Prokurorluğuna müraciət edib.
Ünal Çiftçi bildirib ki, bu münasibətdən qızının WhatsApp yazışmalarını gördükdən sonra xəbər tutub. O, qızının yetkinlik yaşına çatmadığını vurğulayaraq vəziyyətdən narahat olduğunu deyib.

Ata həmçinin aktrisanın çalışdığı menecerlik şirkətindən də şikayətçi olub. Onun sözlərinə görə, qızının layihələrdə iştirakı və iş prosesi ilə bağlı valideyn razılığı alınmayıb.
Məlumata görə, Ünal Çiftçi ilə həyat yoldaşı Kader Çiftçi ayrılma mərhələsindədir. Gənc aktrisanın hazırda hansı valideynlə qalacağı isə məlum deyil.

