Harbiye Cemil Topuzlu Açıqhava Teatrındakı rəqsi və enerjisi ilə diqqət çəkən 80 yaşlı Ajda Pekkan, Taylanddan 25 min dollarlıq (təxminən 1,2 milyon TL) “gənclik iksiri” gətirdib içdiyi barədə yayılan iddianı təkzib edib.
Jurnalist Müge Dağıstanlıya açıqlama verən Ajda Pekkan bu iddialara gülərək reaksiya göstərib və belə bir şeyin olmadığını bildirib.
Pekkan deyib ki, çox bahalı və əlçatmaz şeyləri sevmir. Onun sözlərinə görə, gənc qalmağın sirri olduqca sadədir: erkən yatır, mütləq 8 saat yatmağa çalışır, səhərlər isə ilıq suya bir çay qaşığı bəkməz əlavə edib, az miqdarda limon sıxaraq içir.

Sənətçinin ayda 4 kitab oxuduğu, yapbozla məşğul olduğu və texnologiyadan da fəal istifadə etdiyi bildirilir. Pekkan sosial media ilə münasibətinin yaxşı olduğunu deyərək, “Sosial medianı artıq mənimsəmişəm” ifadəsini işlədib.
Digər tərəfdən, onun indiyədək 4 dəfə üz gərmə əməliyyatı etdirdiyi və təxminən 21 estetik müdaxilə keçirdiyi də iddia olunub.

