Məşhur müğənni Ajda Pekkan İstanbulun Yeşilköy səmtində yerləşən lüks restoranlardan birində yemək yeyib.
80 yaşlı super ulduzun xüsusi texnika ilə palıd odununun tüstüsündə 12 saat bişirilən brisket dana döş əti sifariş etdiyi öyrənilib.
Sənətçinin bu gurme seçimindən sonra restoranda 43 min lirə hesab ödədiyi bildirilir.

Qısa müddətdə sosial şəbəkələrdə yayılan bu yüksək məbləğ həm yeməyin hazırlanmasına sərf olunan zəhmət, həm də indiki restoran qiymətləri baxımından böyük maraq doğurub və istifadəçilər arasında müzakirələrə səbəb olub.

