Əfsanəvi “Queen” rok qrupunun keçmiş bas-gitaraçısı Barri Mitçell vəfat edib.
Bu barədə Queen Productions şirkətinin arxiv rəhbəri Qreq Bruks sosial şəbəkədə məlumat verib. Musiqiçinin ölüm səbəbi açıqlanmayıb.
“‘Queen’in erkən tarixinin bas-gitaraçısı Barri Mitçell vəfat edib”, – Bruks yazıb.

Mitçell 1970–1971-ci illərdə “Queen”in ikinci bas-gitaraçısı olub. Qrupda cəmi altı ay fəaliyyət göstərməsinə baxmayaraq, o, Liar və Son and Daughter kimi mahnıların bas partiyalarını yaradıb.
Musiqiçi ümumilikdə “Queen”lə 13 konsertdə çıxış edib. Bu konsertlərin əksəriyyəti Böyük Britaniyada keçirilib.

