“Uzak Şehir” serialında sərt və avtoritar Sadaket obrazını canlandıran Gonca Cilasun bu dəfə ekran obrazından tamamilə fərqli görüntüləri ilə diqqət çəkib.
59 yaşlı aktrisa çəkilişlər başlamazdan əvvəl paraşütlə tullanaraq adrenalin dolu anlar yaşayıb.
Cilasunun təyyarədən tullanarkən geyimindəki Türkiyə bayrağı detalı da diqqətdən yayınmayıb.
Serialda ciddi və sərt xarakteri ilə tanınan aktrisanın bu görüntüləri onun real həyatda macəra və adrenalinə açıq tərəfini ortaya çıxarıb.






