Xəbər verdiyimiz kimi ölkəmizin hər bir yerində “Son zəng” tədbirləri keçirilib.
Den.az xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Misir Ərəb tamayüllü 9 nömrəli tam orta məktəbdə keçirilən tədbirə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev də qatılıb.
Qeyd edək ki, bu məktəbin bu ilki məzunları arasında şəhid Ruslan İsmayılovun övladı Ramiz İsmayılovda var.
Əvvəlcə məktəbin direktoru Şahin Yusifov tədbir iştirakçılarını salamlayıb, məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar diləyib.
Daha sonra çıxış edən Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev məktəbi uğurla başa vuran şəhid Ruslan İsmayılovun övladı Ramiz İsmayılovun timsalında məzunları təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb. Bu tədris ilində həyata keçirilən uğurlu layihələrdən və təhsil islahatlarından danışan Abdin Fərzəliyev görülən işlərin əsas məqsədinin hər bir Azərbaycan gənci üçün təhsilin əlçatan olmasını təmin etmək və savadlı nəsil yetişdirmək olduğunu vurğulayıb. Ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü deyib.
Tədbirdə şəhid övladını yanına dəvət edən İcra Hakimiyyəti başçısı duyğulanıb.
Nizami Rəsulov
Den.az