28 
mar
2024
19:47
202

Bu rayonda qaz olmayacaq

28 mar, 2024
19:47
202

Bu rayonda qaz olmayacaq -FOTO

Sabah Qubanın qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Den.az xəbər verir ki, bu barədə Metbuat.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Quba rayonu, 2-ci Nügədi kəndi istiqamətində çəkilmiş daşıyıcı qaz xəttinin yeraltı keçən hissəsində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə martın 29-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri görülən müddətdə Quba rayonunun bir hissəsinin (18 yaşayış məntəqəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar