29 
mar
2024
00:01
1 186

56, 58 hətta 60 yaşlı tələbələrin peşə sahəsinə olan marağının səbəbi nədir? -ARAŞDIRMA

29 mar, 2024
00:01
1 186

56, 58 hətta 60 yaşlı tələbələrin peşə sahəsinə olan marağının səbəbi nədir? -ARAŞDIRMA

Son zamnalar ölkə ərazisində insanların yaşından aslı olmayaraq peşə sahələrinə olan marağı xeyli artıb.7-dən 70-ə əmək qabiliyyəti olan insanlar özlərinə uyğun peşə sahələrinı seçərək dövlətin peşə sahəsindəki yaratdığı imkanlardan istifadə etməyə çalışırlar.Əvvəllər bu sahələrə daha çox gənclər vəya orta yaş kateqiriyasına aid olan insanlar müraciət edirdilərsə, hazırda bu tendensiyada  ölkənin yaşlı insanları hətta ali təhsil almış tələbələr belə  ikinci sahə kimi Peşə Təhsili üzrə Dövlət Agentliyinin bölgələrdə yaratdığı imkanlardan yararlanmağa çalışırlar.


Den.az xəbər verir ki, mütəxəssislər son dövrlər insanların peşə sahəsinə müraciət etmələrinin səbəbini həmin peşə sahələrinə hazırda tələbatın xeyli artması ilə əlaqələndirirlər.Mövzu ilə bağlı ekspertlərin fikrlərini də  öyrənməyə çalışdıq.


Peşə Təhsili üzrə ekspert Elşən Qafarov bildirdi ki, peşə təhsili müəssisələrinə təhsil almağa üz tutanların arasında yaş kateqoriyasına görə fərqlər müşahidə olunmaqdadır.Eyni zamanda əvvəllər təhsilin müxtəlif pillələrini bitirmiş hətta ali təhsil almış şəxslərdə əmək bazarında iş tapmaq üçün yəni tələb olunan işlərə müraciət etmək üçün yenidən peşə liseylərində müvafiq peşələr üzrə təhsil alırlar.


Bu onunla bağlıdır ki,birinci növbədə əmək bazarının tələbləri var, yəni konkret olaraq adam iş tapır və araşdırır ki, tapdığı iş üzrə sahə peşə liseyinda tədris olunur və tapdığı işi əldə etmək üçün peşə liseyində təhsil alır və həmin peşəyə yiyələnir.Eyni zamanda peşə təlim mərkəzləri və peşə liseyləri birbaşa işəgötürənlərlə müqavilələr bağlayaraq istehsalatdan ayrılmamaq şərtilə onlar üçün işçi kadrlar hazırlayırlar.Düşünürəm ki,bu müsbət tendensiyadır.Ölkə başçısının 2021-ci ildə əmək bazarının öyrənilməsi ilə bağlı verdiyi sərəncamda yerinə yetrilərsə yəni əmək bazarını tədqiq edən elmi-tədqiqat institutları hansı ki yaradılmalı idi hansı ki bu proses gecikir.Onda biz əmək bazarınının tələbinə uyğun olaraq kadr hazırlamış olarıq.Belə olduqda isə bu müsbət tendensiya təkcə peşə yox eyni zamanda ali təhsil və orta ixtisas pilləsində də müşahidə olunacaq.Məsələ ilə bağlı Kürdəmir rayon Peşə Liseyindən hazır ki,vəziyyətlə bağlı məlumat almağa çalışdıq.Kürdəmir Peşə Liseyinin direktoru Nurlan Abdullayev DEN.AZ-ın yerli bürosuna bildirdi ki, 2023/2024 tədris ilində Liseyimizdə təhsil alan tələbələr sırasında orta ixtisas təhsilli 56, 58 hətta 60 yaşlı tələbəlrimiz təhsil alırlar.Bunlardan 60 yaşlı  İbrahimov Güloğlan  Qardaşəli oğlu "Kombi-kondisioner ustası" ixtisası üzrə təhsili dəvam etdirir, bu peşəyə ciddi maraqı olduğu üçün bizi seçməklə Peşə sirrlərinə dərindən yiyələnmək istəyir və rayon ərazisində müstəqil şəkildə bacarıqlı usta kimi fəaliyyət göstərir. Digər tələbəmiz 58 yaşlı Osmanov Natiq Osman oğlu Liseyimizin "Aqrosevis mütəxəssisi" ixtisas qrupu  üzrə təhsil alır. Bizdə təhsil almağının səbəbi isə peşəsi olmadığı üçün uyğun iş tapa bilməməsidir.Liseyimizdə "Aşpaz" qrupunda təhsil alan Arzu Babaşova Əkrəm qızının 56 yaşı vardır.Onunda bizi seçməsində səbəb bu sənətə marağının olması və uyğun işlə təmin oluna bilməsidir.Liseyimizdə müxtəlif ixtisas qruplarında oxuyan ali təhsil müəssiələrini bitirmiş insanlarda vardır ki, onlarında bizi seçməsinə səbəb  əmək bazarında ixtisaslarına uyğun iş tapa bilməməsidir.Oxuduqları ixtisas bu gün əmək bazarında ciddi tələb olunan ixtisaslardır. Bunlar "Əməliyyatçı-mühasib", "Kompüter sistem inzibatçısı", "Dəmiryolu stansiyası və keçid növbətçisi" kimi ixtisaslardır.Qeyd edək ki,hazırda Kürdəmir Peşə Liseyində 21 peşə ixtisası üzrə 401 nəfər tələbə təhsil alır.Nurlan Abdullayev onuda bildirdi ki, liseyə müraciət edənlərin sayının gündən-günə artmasını nəzərə alaraq növbəti ildə liseydə ixtisasların sayı 35-ə tələbələrin sayı isə 700-ə  nəfərə çatdırılacağı planlaşdırılır.Bundan başqa peşə  liseyinin rəhbəri bildirdi ki, 2024-cü ildə liseyin ərazisində yerləşən istifadəyə yararsız 2 ədəd 5 mərtəbəli bina haqqında söküntü qərarı alınmış və onun yerində 2 ədəd 5 mərtəbəli müasir tələblərə cavab verən yataqxana binasının tikintisi həyata keçriləcək ki, buda öz növbəsində regionda peşə təhsilinin inkişafına eləcədə peşə tədris mərkəzlərinin maddi texniki bazasının güclənməsinə böyük təkan verəcəkdir.


Şahnaz Əliyeva
Den.az




















Bizimlə əlaqə saxlayın

Çox oxunanlar