iyl
2023
12:46
157

Zəlzələ ev bazarını silkələdi: Bir gecədə qiymətlər artdı

4 iyl, 2023
12:46
157

Zəlzələ ev bazarını silkələdi: Bir gecədə qiymətlər artdı

Bu gecə Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş verib. 

Zəlzələ Azərbaycanın bir neçə rayonunda və paytaxt Bakıda hiss olunub. İlkin məlumata əsasən, zəlzələ ilə əlaqədar olaraq, dağıntı və təlafat qeydə alınmayıb. Zəlzələnin olduğu dəqiqələrdən etibarən insanlar küçəyə axışıb. Zəlzələ xüsusilə yeni tikili hündürmərtəbəli binalarda hiss edildiyi üçün insanlar həyət evi axtarışına başlayıblar.

Məlumata görə, artıq həyət evlərinin qiymətində artımlar müşahidə edilir.

Den.az-ın xəbərinə görə, Cebhe info-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli bildirib ki, qiymət artımı yarım ay davam edəcək: 

"Türkiyədə baş verən zəlzələ ölkəmizdə də əmlak bazarına əks təsir göstərmişdi. İnsanlar yüksəkmərtəbəli binaları daha təhlükəli saydığından, onlara güvən azaldı, daha çox köhnə mərtəbəli binalara üz tutmağa başladılar, onların da qiyməti artmışdı. Ölkəmizdə baş verən bu zəlzələ də insanlarda ajiotaj yaratdı. Buna görə də bir müddət müvəqqəti olaraq yüksəkmərtəbəli binalara tələb azalacaq.
Fəqət bizim ölkənin iqtisadi strukturuna və bu sahədə çalışan sahibkarların yeritdiyi siyasətə əsasən, qiymət enməsi olmayacaq. Sadəcə olaraq, hündürmərtəbəli binaların mənzil satışında durğunluq yaşanacaq. Həyət evlərinin və köhnə binalardakı mənzillərin qiyməti artacaq. Bu gün müəyyən ev alqı-satqısı məşğul olanlarla əlaqə saxladım, bildirdilər ki, artıq bu gündən qiymətlər artıb. Bizim insanların yaddaşı qısadır, buna görə də hesab edirəm ki, qiymət artımı təxminən yarım ay davam edər". 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar