Bakıda qəzaların çox olduğu prospektdə yenilik edilib.
Den.az xəbər verir ki, 8 Noyabr prospekti ilə Qədir Məmmədov küçəsinin kəsişməsində hərəkətin təşkili ilə bağlı yeni qərar qəbul olunub.
Hesab edilir ki, bu dəyişikliklər nəqliyyat vasitələrinin manevr imkanlarını genişləndirərək, hərəkətin buraxma qabiliyyətinin artmasına və yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edəcək.
Qeyd edək ki, hazırda ərazidə nişanlanma işlərinin təşkili davam etdirilir.
Xatırladaq ki, 8 Noyabr prospektində əvvəllər çoxsaylı yol-nəqliyyat hadisələri qeydə alınırdı. Mütəxəssislər qəzaların azalması üçün işıqforların vacibliyini vurğulayırdı.
Daha ətraflı "Xəzər Xəbər"in videomaterialında: