Xəstə anasına dərman almaq üçün tanışına ödəmə terminalı vasitəsilə pul göndərmək istədi, səhvən başqasının kart hesabına getdi....
Den.az Xəzər TV-yə istinadən bildirir ki, belə bir hadisə Zərdab rayonu, Fəhlə qəsəbəsi 21 ünvanında yaşayan yaşayan Namiq Seyidovun başına gəlib. O diqqətsizlik ucbatından 500 manat pulu başqasının kartına göndərib.
Vətəndaş öncəliklə ödəmə terminalının aid olduğu şirkətlə danışıb. Həmin şirkət vətəndaşa banka müraciət etməyi məsləhət görüb. Namiq Seyidov pulun qaytarılması ilə bağlı bankdan da müsbət rəy ala bilməyib.
Ödəniş xidməti təchizatları bildirir ki, ödəniş xidmətləri, ödəniş sistemləri haqda qanuna əsasən, ödəyici tərəfindən səhv icra edilmiş əməliyyatlara görə, ödəniş xidməti təchizatçıları məsuliyyət daşımır, lakin müştəri məmnuniyyətinin təmin edilməsi, ödənişin geri qatırılması üçün müəyyən tədbirlər görülə bilər.
Azərbaycan Banklar Asossiyasiyasından isə bildirildi ki, səhvən başqasının kartına pul göndərən şəxs ilk növbədə öz bankına müraciət etməlidir. Bank da səhvən göndərilən hesabın hansı banka aid olduğunu müəyyənləşdirməli və müştəriyə problemi həll etməkdə dəstək olmalıdır. Lakin bank bu dəstəyi göstərməyə də bilər. Çünki qanunvericilikdə belə müddəa yoxdur. Yəni kiminsə kartına səhvən pul göndərsəniz bunu geri almağınız müşkül məsələdir. Çünki bankın pulu sizə geri qaytarmaq kimi bir öhdəliyi mövcud deyil.
Den.az Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:
Ödəmə terminalından səhvən başqasına göndərilən pulları necə geri almaq olar? - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.