Ağacların kəsilməsi, təbiətə zərər vurulması ilə bağlı kimliyindən asılı olmayaraq hər kəs məsuliyyətə cəlb olunacaq.
Den.az Xəzər TV-yə istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təhülkəsizlik xidmətinin rəisi Hikmət Əlizadə deyir ki, son illər ölkədə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunması sahəsində ciddi normativ baza yaradılıb və bu ildən-ilə təkmilləşdirilir. Xüsusi olaraq 2024-cü ilin oktyabrında "Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında" və "İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun layihələrinin parlamentdə qəbul olunması da bu sıradadır.
Hikmət Əlizadə deyir ki, mövcud təcrübə onu göstərir ki, bir sıra hallarda xüsusən tikinti şirkətləri tərəfindən yaşıllıqlara münasibətdə çox ciddi pozuntulara yol verilir. Kimliyindən asılı olmayaraq hər kəs qanunvericiliyin tələblərinə əməl etməlidir.
Tullantıların ətraf mühitə atılmasına görə cərimələrin miqdarı 50 manatdan 300 manata qədər artırılıb. İl ərzində təkrar pozuntu törədilərsə, 700 manat cərimə və ya 60-100 saat ictimai işlər müəyyənləşdirilib, - deyə xidmət rəisi vurğulayıb.
Bu cərimənin məbləği 50 manatdan 300 manata qaldırıldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.