Futbol üzrə Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldunun vətənində onun təsviri olan kolleksiya sikkəsinin buraxılması planlaşdırılır.
Den.az oxu.az-a istinadən xəbər verir ki, 7 avroluq sikkənin 25 min nüsxə buraxılacağı bildirilir.
Ancaq onun dəyəri dəfələrlə arta bilər. "Sportune" bu barədə numizmatika üzrə ekspert Den Barretin fikrinə istinadən xəbər verib.
Barret hesab edir ki, sikkənin dəyəri hətta 144 min avroya çata bilər. Ekspert əsas səbəb kimi sikkənin nadirliyini və Portuqaliyada Ronaldunun müstəsna aurasını göstərir.
Ronaldunun şəkli pul nişanını bəzəyəcək - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.