10, 20, 50 qəpiyin 250, 150, 80 manata alış və satışı...
Den.az Xəzər TV-yə istinadən bildirir ki, son vaxtlar elan saytlarında və sosial şəbəkələrdə belə elanların sayı artıb. Maraqlısı budur ki, qəpiklər köhnə və ya nadir buraxılış deyil. Lakin buna baxmayaraq müəyyən şəxslər bu qəpikləri yüksək məbləğdə satır.
Hüquqşünasların sözlərinə görə, bəzi kolleksiyaçılar qəpiyin dövriyyədə az olduğunu hesab edib bu kimi alışlara üstünlük verir.
Hüquqşünas Kamandar Hüseynov deyir ki, bu fəaliyyət Azərbaycan Respublikasının valyuta tənzimi qanununun məqsədlərinə ziddir.
Hüquqşünas onuda əlavə etdi ki, belə fəaliyyətlərin genişlənməsi nəticəsində qəpiyin dövriyyədə çatışmazlığı yarana bilər.
Daha ətraflı videomaterialı təqdim edirik.
Qəpikləri 250, 150, 80 manata satırlar - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.