Kanal D-nin yeni serialı “Piyasa” başlamadan böyük səs-küy yaradıb.
“Den.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən serialla ekranlara dönəcəyi gözlənilən müğənni və aktrisa Gülben Ergen layihə başlamadan yollarını ayırıb.
Belə ki, G. Ergen jurnalist Ahşen Çevik obrazını canlandırmaq üçün əvvəlcə layihə ilə razılaşsa da, qrafikinin sıxlığına görə serialdan uzaqlaşıb. Onun yerinə isə həmkarı Ayça Bingöl seçilib.
Qeyd edək ki, “Piyasa” media və serial dünyasında sevgi, xəyanət və güc mübarizəsindən bəhs edəcək. Ekran işində Alp Navruz, İlayda Alişan, Fırat Altunmeşe, Zuhal Olcay kimi məşhur simalar yer alacaq.
Serial başlamadan yollarını ayırdı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.