“Socar Polimyer” zavodunda FHN-nin DYMX-nin Sumqayıt DYMİ-nin genişmiqyaslı taktiki təlimi keçirilib

“Den.az” xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd istehsalatda baş verə biləcək yanğın-partlayış hadısələrinin qarşısını vaxtında alınması olub.
Obyektdə baş verə biləcək yanğınla bağlı ciddi ziyan dəyməməsini və zavodun işçi personalının hər hansı yanğın-partlayış hadisəsi zamanı ilkin olaraq zavodun işçi personalının və FHN-nin Sumqayıt DYMİ-nin şəxsi heyətinin döyüş və peşə hazırlığı işi yoxlanılıb.
Taktiki təlimə xilasetmə qrupu və TTTY briqadaları da cəlb edilmiş və şərti yanğın zamanı xəsarət alanların hadisə yerindən kənarlaşdırılması və yerində ilkin tibbi yardım göstərilməsi həyata keçirilmişdir.Təlimə ümumilikdə FHN-nin Sumqayıt DYMİ-nin 10-a yaxın texnikası və 50- nəfərə yaxın şəxsi heyəti cəlb edilib.
Təlimin sonunda FHN-nin Sumqayıt şəhər DYMİ-nin və “SOCAR” polimyer zavodunun rəhbərliyinin birlikdə təlimlə bağlı ətraflı müzakirələri olub.


Den.az