"Yolumuzqarabaga.az" portalı üzərindən icazə alaraq işğaldan azad olunan ərazilərə 2 gün səfər müddəti şəxsi minik avtomobili ilə edilən səfərlərə aiddir.
Den.az xəbər verir ki, bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.
O bildirib ki, hazırda da bu səfərlər sözügedən portal üzərindən həyata keçirilir:
"Avtobuslarla ziyarət xarakterli səfərlər zamanı vətəndaşlar eyni gündə yola düşdüyü avtobuslarla geri qayıtmalı olurdular. Ancaq indi - müntəzəm reyslər vasitəsilə səfər edənlər isə icazələri müddətində həmin ərazidə qala bilərlər.
İşğaldan azad olunmuş ərazilərə avtobusla səfər etmək istəyən vətəndaşlarımız martın 1-dən müntəzəm reyslər üzrə biletləri yalnız "Biletim.az" portalı üzərindən əldə edə biləcəklər. Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir".
Qeyd edək ki, yaxın günlərdə Azərbaycan vətəndaşlarının işğaldan azad olunmuş ərazilərə səfər etdikdən sonra geridönüş vaxtlarını seçə bilmələri şərti ilə təşkil edilmiş müntəzəm şəhərlərarası reyslərin, habelə alternativ səfər imkanlarının yaradıldığını nəzərə alaraq, "Yolumuzqarabaga.az" portalı üzərindən ziyarət xarakterli reyslərin müntəzəm reyslərlə əvəz edildiyi elan olunub.
Qarabağa səfər üçün portaldan icazə ləğv olunur?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.