Aprelin 16-da Bakıda və Abşeron yarımadasında, həmçinin bəzi bölgələrdə küləkli hava şəraiti gözlənilir.
Den.az -ın məlumatına görə, Milli Hidrometeorologiya Xidməti bu barədə sarı, narıncı və qırmızı xəbərdarlıq edib.
Xidmətin məlumatına görə, aşağıda qeyd olunan bölgələrdə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək:
- Naxçıvan MR
- Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Ağsu
- Balakən, Qax, Şəki, Zaqatala, Salyan
- Gəncə, Qazax, Ağstafa, Şəmkir, Tovuz
- Gədəbəy, Xaçmaz, Quba, Samux, Ağdaş
- Ucar, Kürdəmir, Göygöl, Biləsuvar, Yevlax
- Bərdə, Ağdam, Tərtər, Ağcabədi
- Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik
- Yardımlı, Saatlı, Sabirabad, Zərdab, Göyçay, İmişli
Kəlbəcər, Laçın, Qobustan, Şabran, Xızı, Siyəzən, Qusar, Neftçala, Hacıqabul, Mingəçevir, Goranboy, Naftalan və Daşkəsəndə isə küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Bakıda və Abşeron yarımadasında isə küləyin sürəti 28.5 m/s və daha çox olacaq.