Yeniyetmələrin əsas qida qəbulunu enerji içkiləri ilə əvəz etməsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Denmedia.az xəbər verir ki, bu barədə tibb elmləri namizədi Aleksandr Şişonin RT-yə müsahibəsində xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, yeniyetmələr enerji içkilərinin orqanizmə təsirini və mümkün fəsadlarını hər zaman düzgün qiymətləndirə bilmirlər.
“Yetkin insanın adi yeməyi enerji içkisi ilə əvəz etməsi az ehtimal olunsa da, yeniyetmə orqanizmin fiziologiyasını və mümkün nəticələri anlamadığı üçün bunu rahatlıqla edə bilər”, – deyə həkim bildirib.

Şişonin qeyd edib ki, gənclər çox vaxt enerji içkilərinin daxili orqanların fəaliyyətinə necə təsir göstərdiyindən xəbərsiz olurlar.
Onun sözlərinə görə, bəzi içkilərin mədəaltı vəziyə təsiri də diqqətdən kənarda qalmamalıdır.
Həkim son dövrlərdə gənclər arasında düzgün qidalanmama ilə əlaqədar mədəaltı vəzi problemlərinə daha tez-tez rast gəlindiyini bildirib.

