Masallı rayonunda usta işlədiyi evdə elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
Denmedia.az “report”a istinadən xəbər verir ki, hadisə 1976-cı il təvəllüdlü rayon sakini Fuad Kərimovun işlədiyi evdə baş verib.
Elektrik cərəyanı vurması nəticəsində xəsarət alan kişi xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

