Bakının Binəqədi rayonunda avtomobil almaq üçün bankdan kredit götürən şəxsin 4000 manatı yaşadığı evdən oğurlanıb.
Denmedia.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, zərərçəkən bir müddət əvvəl avtomobil almaq məqsədilə pul toplamaq qərarına gəlib.
Bu məqsədlə bankların birindən 4000 manat kredit götürərək vəsaiti evinə gətirib. Lakin mənzildə olmadığı vaxt pulun oğurlandığını müəyyən edib və polisə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, zərərçəkənin köhnə tanışı N.Qədirli müəyyən edilərək saxlanılıb.
Məlum olub ki, saxlanılan şəxs əvvəllər də oğurluqla bağlı cinayətə görə məhkum edilib.
Faktla bağlı araşdırma aparılır.

