10 May müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müstəqilliyi və inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilir.
Səhər saatlarından etibarən Ulu Öndərin Quba şəhərində adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsi rayon rəhbərliyi, millət vəkilləri, YAP Quba Rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə təşkilat rəhbərlərinin, həmçinin rayon ictimaiyyətinin digər bir qrup nümayəndəsi tərəfindən ziyarət olunub.
Sonra tədbir Quba Rayon Heydər Əliyev mərkəzində Quba Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycanın memarı" adlı konfransla davam edib. Əvvəlcə dövlət himni səsləndirilib, sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyatına həsr edilmiş film nümayiş olunub.
Konfransda Azərbaycanın əldə etdiyi nailiyyətlərin və bu günkü qələbələrimizin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu qeyd edilərək, bu nailiyyətlərin bu gündə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyi bildirilib.