Abşeron 2 saylı mediasiya təşkilatının ictimai təqdimat mərasimi keçirilib.
DenMedia.az xəbər verir ki, Abşeron 2 saylı mediasiya təşkilatının təqdimatında Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Milli Məclisin deputatları Nigar Məmmədova və Rizvan Nəbiyev, Abşeron Rayonu İcra Hakimiyyəti başçısının müavini İlkin Əsədov, Hüquq şöbəsinin müdiri Rəşad Qubatov, Abşeron vəkil bürosunun rəhbəri Muğan Əliyev, Xırdalan vəkil bürosunun sədrinin müavini Toğrul Vəliyev, mediasiya təşkilatı rəhbərləri və mediatorlar iştirak edib.
Milli Məclisin Abşeron rayonundan seçilmiş deputatları Nigar Məmmədova və Rizvan Nəbiyev ölkədə mediasiya institutunun yaranması və keçirilən islahatlar nəticəsində inkişafının bu günkü gündə mübahisələrin alternativ həllində mühüm rol olduğunu qeyd edib.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov çıxışı zamanı mediasiya institutunun əldə etdiyi nəticələri yüksək qiymətləndirərək, bu çətin, məsuliyyətli işdə yeni yaranmış mediasiya təşkilatına uğurlar arzu edib.
Abşeron Rayonu İcra Hakimiyyətinin başçısının müavini İlkin Əsədov yeni yaranan mediasiya təşkilatının rəhbərini təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonda Abşeron 2 saylı mediasiya təşkilatının rəhbəri Rüstəm Məhərrəmov qonaqları təşkilatın ofis şəraiti və iş rejimi ilə tanış edib.
Ellada Rəsul
DenMedia.az