31 
iyl
2023
18:54
193
Yuxarı
Günel Gözəlovaya bu kanalda vəzifə verildi
31 iyl, 2023
18:54
193
Günel Gözəlovaya bu kanalda vəzifə verildi
Tanınmış telejurnalist, aparıcı Günel Gözəlova "MTV Azərbaycan” televiziya kanalının baş redaktoru təyin olunub. Den.az bildirir ki, G.Gözəlova "Qafqazinfo”ya açıqlamasında təyinatı təsdiqləyib.
Qeyd edək ki, telejurnalist indiyədək bir çox vəzifələrdə - Azərbaycan Dövlət Televiziyasında, "Lider TV və Azərbaycan Radiosu” MMC-də, Azərbaycan Memarlıq və İnşaat Universitetində Mətbuat katibi, Azərpoçt MMC-də İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, daha sonra isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Mətbuat Xidmətinin rəhbəri, nazirin sözçüsü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Media və Təhsil sahəsi üzrə Vitse- Prezidenti kimi kimi fəaliyyətini davam etdirib.
Bizimlə əlaqə saxlayın
Çox oxunanlar