30 
may
2023
23:09
231

Qubada məktəblilər üçün "Həm öyrənək, həm dincələk!" layihəsi start götürdü

30 may, 2023
23:09
231

Qubada məktəblilər üçün "Həm öyrənək, həm dincələk!" layihəsi start götürdü - FOTO



Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə qalib olan "Həm öyrənək, həm dincələk!" layihəsi çərçivəsində Quba rayon Fizika, riyaziyyat və informatika təmayüllü liseyin bazasında yay düşərgəsi təşkil ediləcək.

“Den.az” xəbər verir ki, Layihənin əsas məqsədi yay tətilində uşaqların yaxşı istirahətinin təşkili və yaradıcılıq qabiliyyətlərinin inkişafıdır. Bu məkanda şagirdlər liseyin geniş ərazisində yerləşən yeməkxanası, yataqxanası və həmçinin yaradıcı bacarıqlarını inkişaf etdirmək üçün STEAM mərkəzindən yararlana biləcəklər. Yay düşərgəsinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrində oxuyan və tədris ilini uğurla başa vuran 100 nəfər şagird qatılmaq şansını əldə edəcək.
Şagirdləri dəvət göndərdiyimiz lisey rəhbərliyi müəyyən edəcək. Düşərgənin müddəti 10 gündür və iyul ayında start veriləcək.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar