Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyinin "Respublika Qan Bankı" Publik Hüquqi Şəxsin (PHŞ) dəstəyi ilə könüllü qanvermə aksiyası təşkil edib.
Bu barədə DenMedia.az-a komitədən məlumat verilib.
"Talassemiyasız həyat naminə" proqramı çərçivəsində "Konstitusiya və Suverenlik ili"nə həsr olunmuş aksiyada "Respublika Qan Bankı" PHŞ-nin həkim briqadası tərəfindən icra edilən aksiyada Dövlət Komitəsinin əməkdaşları könüllü donor kimi qan veriblər. Tədarük olunan qan nümunələri laboratoriya şəraitində yoxlandıqdan sonra talassemiyalı və hemofiliyalı, eləcə də qana ehtiyacı olan digər şəxslərin müalicəsində istifadə olunacaq.
Dövlət Komitəsinin və tabeliyindəki strukturların əksəriyyətinin məcburi köçkünlərdən, şəhid ailəsi üzvlərindən, müharibə əlili və veteranlarından ibarət kollektivinin 100-ə yaxın əməkdaşı xeyriyyə aksiyasında iştirak edib.

