Ağsu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər Mədəniyyət evində 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə rəsmi yığıncaq və bayram konserti, Ağsu şəhər Heydər ParkındaYeni il şənliyi keçirilib.
Tədbirlərdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, ağsaqqallar, ziyalılar, idarə, müəssisə və təşkilatların kollektivləri, ümumtəhsil məktəblərinin şadirdləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.Ağsu şəhər Mədəniyyət evində keçirilən yığıncaqda RİH-nin başçısı Rövşən Bağırov tədbir iştirakçılarını salamlayıb, həmçinin“31 Dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü” və “Yeni il” bayramı münasibətilə səmimi ürək sözlərini bölüşüb və bu bayramlar münasibətilə rayon ictimaiyyətini təbrik edib. RİH başçısı bildirib ki, “31 Dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü” xalqımızın birlik günüdür. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli birlik və həmrəylik ideyasının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qorunur və uğurla inkişaf etdirilir. 44 günlük Şanli Zəfər tariximizdən bəhs edən RİH başçısı vurğulayıb ki, Ulu Öndərin siyasi kursuna sadiq qalan, onun vəsiyyətinə əməl edən, Qarabağın xilas missiyasını şərəflə yerinə yetirib xalqı bir yumruq kimi birləşdirən ölkə başçısı cənab İlham Əliyev qoruyub inkişaf etdirdiyi bu həmrəylik sayəsində böyük Qələbə şanlı tarix səhifəmizə yazıldı. Bununla da Azərbaycan xalqının məğrurluğu, yenilməzliyi və gücü bir daha bütün dünyaya sübut olundu.Daha sonra rayonun ictimai-siyasi həyatında fərqlənmiş bir qrup fəallara Ağsu RİH-nin Fəxri Fərmanları təqdim olunub. Tədbir rayonun mədəniyyət və incəsənət işçilərinin, eləcə də şagird kollektivlərinin hazırladığı rəngarəng konsert proqramıilə davam etdirilib.Ağsu şəhər Heydər Parkında keçirilən Yeni il şənliyində fəal iştiraklarına görə bir qrup məktəblilərə və körpələrə Yeni il hədiyyələri verilib.
AQİL ƏSƏDOV
Denmedia.az

