“Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Masazır” QPS-də görüləcək təmir işləri ilə bağlı sabah saat 09:00-dan işlər başa çatanadək “Masazır” QPS-dən qidalanan “Masazır Qəsəbəsi” və “Duz Zavodu” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə "Den.az"-a “Azəriqaz” məlumat yayıb.
Qeyd edilib ki, təmir işləri aparılan müddətdə Abşeron rayonu üzrə Xırdalan şəhəri ərazisində “Kristal-Abşeron” yaşayış kompleksinin, Masazır qəsəbəsinin, Masazır qəsəbəsi ərazisində yerləşən “Accord Gənclər şəhərciyi”nin, Valideyn himayəsindən məhrum olunmuş kimsəsiz məzunlar yaşayış binasının, Saray qəsəbəsi ərazisində “Saray-H” MTK-nın, “Villa Badam” yaşayış kompleksinin, həmçinin Masazır Duz zavodu, “Bəhrə-2010” MMC, “Üzümçülük”, “Qarant İnşaat”, “Zəhmət Ruzi” MMC, Mühəndislər Universiteti, Asfalt zavod, “S.N İnşaat”, “Mətanət A”, Palitra, “Səhliyalı”, “Halal Nemət Min Bərəkət”, “İpəkyolu”, “Həsənoğlu”, “Azbentonit” sənaye müəssisələrinin də qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Vətəndaşların NƏZƏRİNƏ: Abşeronda bəzi ərazi və obyektlərdə qaz olmayacaq - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.