İranda Azərbaycanın səfirliyinə qarşı törədilmiş dəhşətli terror aktından 3 il ötür.
27 yanvar 2023-cü il tarixində silahlı Yasin Hüseynzadə Tehran şəhərində yerləşən Azərbaycanın səfirliyinə avtomat silahla hücum edib. O, mühafizə postunu yararaq səfirliyin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Səfirliyin təhlükəsizlik xidmətinin digər əməkdaşları — Vasif Tağıyev və Mahir İmanov hücumçuya müqavimət göstərməyə çalışsalar da, yaralanıblar.
Hücumdan qısa müddət sonra Yasin Hüseynzadə saxlanılıb. O, 2025-ci ilin may ayında edam edilib.

