Bakı Apellyasiya Məhkəməsində həbsdə olan, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərlinin işi üzrə məhkəmə iclası keçirilib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, hakim Ağil Musayevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Məhkəmə Vüqar Səfərlinin həyat yoldaşının ona məxsus əmlak vahidlərindən biri ilə bağlı iddiasını təmin edib. İş üzrə maraqlı şəxs qismində çıxış edən həyat yoldaşının adına rəsmiləşdirilmiş mənzilə dair xüsusi müsadirə qərarı ləğv edilib, mənzil üzərindən həbs götürülüb.

