Bakı Ağır Cinayətlər Məhkəməsinin iclas zallarından birində tapılan 2 600 ABŞ dolları sahibinə geri verilib.
DenMedia.az bu barədə Oxu.Az-a istinadən xəbər verir. Hadisə ötən gün baş verib.
Məlumata görə, məhkəmə prosesi başa çatdıqdan sonra zalı yoxlayan mühafizə polisi əməkdaşları itirilmiş pul kisəsini aşkarlayıblar. Müşahidə kameralarının qeydlərinə baxış zamanı əşyasını zalda unudan şəxsin kimliyi müəyyən edilib.
Polis əməkdaşları Elgün Daşdəmirov, Şakir Novruzov və Həsən Məmmədov vətəndaşla əlaqə saxlayaraq içərisində 2 600 dollar olan pul kisəsini ona təhvil veriblər.

