Son günlər Bakı kəndlərində tez-tez işıqların sönməsi ilə bağlı şikayətlər səslənir. Vətəndaşlar elektrik enerjisinin mütəmadı olaraq kəsintili verilməsindən şikayətçidirlər. Bildirilir ki, isti havada işıqların sönməsi daha da çətinlik yaradır.
Bəs bunun səbəbi nədir?
Qurumun mətbuat xidməti rəhbərinin müavini Pərvanə Kazımzadə şikayətlərin səbəbi ilə bağlı AZXEBER.COM-a açıqlama verib.
O bildirib ki, hazırda Bakı kəndləri problemsiz olaraq elektrik enerjisi ilə təmin olunur:
"Səbəb məlumdur. Anomal istilər keçir. Həddindən artıq yüklənmələr var. Heç bir qəza vəziyyəti yoxdur. Bakı kəndlərində işıqların sönməsi anomal istilərlə əlaqəlidir. Yüklənmələr çoxdur. Ancaq hazırda hər yerdə işıqlar yanır”.
Bakı kəndlərində işıqların tez-tez sönməsinin səbəbi nədir? - RƏSMİ AÇIQLAMA

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.