Bakıda hava şəraitinin yaxşılaşması ilə əlaqədar Zığ dairəsi – Aeroport şosesi yolunda əvvəlki sürət rejimi bərpa olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, güclü yağış səbəbindən əvvəl 20 km/saatadək endirilmiş sürət məhdudiyyəti artıq ləğv edilib.
Mərkəzin əməkdaşları elektron informasiya tablolarında müvafiq dəyişikliklər edib, eyni zamanda sürüşkən yol barədə xəbərdaredici nişanlar saxlanılıb.
Sürücülərə isə yol hərəkəti təhlükəsizliyi üçün müəyyən edilmiş sürət həddinə əməl etmələri tövsiyə olunur.

