Mart ayında 582 nəfər ölkədən çıxışı qadağan olunduğu halda Azərbaycanı tərk etməyə cəhd edib. Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Məlumata görə, keçirilən tədbirlər nəticəsində axtarışda olan 322 nəfər saxlanılaraq aidiyyəti orqanlara təhvil verilib.
Həmçinin çıxışı qadağan edilmiş 582 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb, girişinə qadağa qoyulmuş 11 nəfərin isə ölkəyə daxil olmasına icazə verilməyib.
Qanunsuz miqrasiyaya qarşı tədbirlər çərçivəsində saxta sənədlərlə sərhədi keçməyə çalışan 6 nəfər saxlanılıb.
Sərhəd rejimini pozduğuna görə isə 72 nəfər barəsində müvafiq tədbirlər görülüb.

