Zabrat–Maştağa yolunda aparılan təmir işləri səbəbindən bir sıra marşrutlarda gecikmələr mümkündür.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Qeyd olunur ki, gecikmələr 40, 54, 55, 105, 107, 107A, 118A, 118B, 131, 139, 148, 163, 166, 172, 173A, 173B, 185, 186, 189, 197, 198, 216, 217 və M8 nömrəli marşrutlarda yarana bilər.
Sərnişinlərdən səfərlərini planlaşdırarkən bunu nəzərə almaları xahiş olunur.

