Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar sabah, 21 aprel 2026-cı il tarixində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Bu barədə Denmedia.az-a Sumqayıt Su Kanal İdarəsindən məlumat verilib.
Məlumata görə, səhər saat 09:00-dan etibarən axşam saatlarınadək şəhərin bir sıra yaşayış ərazilərində su təchizatı məhdudlaşdırılacaq. Kəsinti 9, 10, 34, 40, 45, 47-ci məhəllələri, eləcə də 1, 2 və 4-cü mikrorayonların bəzi hissələrini əhatə edəcək.
Bununla yanaşı, 5, 6, 11, 12, 13 və 17-ci (9 mərtəbəli binalar yerləşən hissə) mikrorayonlarda da suyun verilməsində fasilələr gözlənilir.
Qeyd olunur ki, aparılan işlər başa çatdıqdan sonra su təchizatı əvvəlki rejimdə bərpa olunacaq. Sakinlərə su ehtiyatlarını əvvəlcədən təmin etmələri tövsiyə olunur.

