Bu gün Ağdam şəhərinə keçmiş məcburi köçkün ailələrinin növbəti qayıdışı həyata keçirilir.
Əvvəllər respublikanın müxtəlif bölgələrində — əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr doğma yurdlarına dönür.
Məlumata görə, bu mərhələdə 110 ailə, ümumilikdə 397 nəfər Ağdama köçürülür.

