Ləğv prosesində olan “Atasığorta” sığorta şirkəti kreditorlara müraciət edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nəşri olan “Vergilər” qəzeti məlumat yayıb.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, 102 ünvanına təqdim edə bilərlər.
Qeyd olunur ki, Azərbaycan Mərkəzi Bankı “Atasığorta”nın lisenziyasını bu ilin 17 aprel tarixində ləğv edib.

