Bakı Hərbi Məhkəməsinin hökmü ilə sabiq hərbi attaşe köməkçisi Qəhrəman Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qərar hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub.
Prokuror çıxışında təqsirləndirilən şəxs üçün 7 il həbs cəzası istəmişdi.
Məlumata görə, Məmmədov son dövrlərdə Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dakı hərbi attaşesinin birinci köməkçisi vəzifəsində çalışıb.
İstintaq materiallarında qeyd olunur ki, o, İstanbulda taksi ilə hotelə gedərkən, üzərində olan qızıl külçələrini əvvəlcədən razılaşdırılmış şəxsə təhvil verməyə hazırlaşarkən saxlanılıb.
Ona qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən:
- qaçaqmalçılıq
- vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlar irəli sürülüb.

