Azərbaycanda diplomatik nümayəndəlik rəhbərləri və diplomatların şəxsi baqajına dair gömrük yoxlanışı qaydaları dəyişir.
Bu məsələ 1 may tarixində keçiriləcək Milli Məclisin plenar iclasının gündəliyinə daxil edilən Gömrük Məcəlləsinə dəyişikliklər layihəsində əksini tapıb. Bu barədə Trend məlumat yayıb.
Dəyişikliklərə əsasən, xarici dövlətlərin diplomatik nümayəndəlik rəhbərlərinin, diplomatik heyət üzvlərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajı artıq gömrük baxışından keçiriləcək.

