Bakıda Classics & Supercars festivalına start verilib.
Festival Azərbaycan Avtomobil Federasiyası və Nazar Holdings şirkətinin təşkilatçılığı ilə keçirilir.
Dənizkənarı Milli Parkın ərazisində 1986-cı ilədək istehsal olunmuş klassik avtomobillər, eləcə də federasiyanın və şəxsi kolleksiya sahiblərinin kolleksiyalarına daxil olan müasir idman avtomobilləri və superkarlar nümayiş etdirilir.
Festival ziyarətçilərə bir məkanda həm yüksək sürəti və innovativ texnologiyaları ilə seçilən müasir avtomobillərlə, həm də dəyəri tarixi və zərifliyi ilə ölçülən retro nəqliyyat vasitələri ilə tanış olmaq imkanı yaradır.
Müxtəlif dövrlərin ruhunu və avtomobil sənayesinin inkişaf yolunu əks etdirən hər bir avtomobil özünəməxsus xüsusiyyətləri ilə izləyicilərin böyük marağına səbəb olur.
Tədbirə giriş sərbəstdir.

