İranın milli aviadaşıyıcısı “Homa” Təbriz–Bakı–Məşhəd marşrutu üzrə ilk müntəzəm uçuşunu həyata keçirib.
Bu barədə Fars agentliyi məlumat yayıb.
Bildirilib ki, hər həftənin bazar günü yerinə yetiriləcək reys Azərbaycanla İran arasında hava əlaqəsinin gücləndirilməsi məqsədilə təşkil olunub.
Bundan başqa, “Homa” aviaşirkəti bazar ertəsi və cümə axşamı günləri Tehran–Bakı və Bakı–Tehran marşrutları üzrə müntəzəm uçuşlar həyata keçirir.

