Ehtiyatda olan polkovnik, Birinci Qarabağ müharibəsinin veteranı və Gəncə şəhər Hərbi Hospitalının keçmiş rəisi Şəhrəddin Balacanov vəfat edib.
Denmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, o, ötən gün dünyasını dəyişib və Qazax rayonunda dəfn olunub.
Şəhrəddin Balacanov 1992-ci ildən Azərbaycan Ordusunda xidmət edib. O, müxtəlif illərdə Gəncədəki hərbi hospitalın rəisi vəzifəsində çalışıb.
Vətən müharibəsinin başlamasından az əvvəl səhhəti ilə əlaqədar ehtiyata buraxılıb.

