İsmayıllı rayonunun Xanagah kəndi ərazisində 10 tondan çox narkotik tərkibli çətənə kolu məhv edilib.
Denmedia.az report-a istinadən xəbər verir ki, narkotik tərkibli bitkilər rayon polisinin “Xaş-xaş-2026” şərti adı altında keçirdiyi kompleks tədbirlər zamanı aşkarlanıb.
Əməliyyat nəticəsində ümumi çəkisi 10 ton 135 kiloqram olan 5 126 ədəd çətənə kolu məhv edilib.

