Bakıda sentyabrın 10-da aparılacaq təmir işləri ilə əlaqədar iki küçədə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, təmir işlərinə saat 09:00-dan başlanılacaq.
Xətai rayonunun Kazımağa Kərimov küçəsində hərəkət qismən məhdudlaşdırılacaq.
Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən 6-cı Keşlə küçəsində isə nəqliyyatın hərəkəti tam dayandırılacaq.
Məhdudiyyətlər təmir işləri başa çatanadək qüvvədə olacaq. Sürücülərə hərəkət marşrutlarını əvvəlcədən planlaşdırarkən bunu nəzərə almaları və qeyd olunan ərazilərdə diqqətli olmaları tövsiyə edilir.

