İmişli rayonunda 31 yaşlı şəxslə nikah yaşına çatmayan qızın keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı alınıb.
Denmedia.az xəbər verir ki, məsələ ilə bağlı polisə daxil olan məlumat İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal araşdırılıb.
Müəyyən edilib ki, toy mərasiminin oktyabr-noyabr aylarında keçirilməsi planlaşdırılıb. Polis əməkdaşlarının gördüyü tədbirlər nəticəsində məclisin keçirilməsinin qarşısı alınıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, hər iki tərəfin valideynləri polis şöbəsinə dəvət ediliblər. Onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.

