İşçilər haqlarını tələb edir, dirktor müavini isə əraziyə çəkiliş çağırdıqlarına görə, onları hədələyir.
Den.az xəbər verir ki, Abşeron rayonu ərazisində fəaliyyət göstərərən FHN-nin Su Ehtiyatları Dövlət Agentliyin Hidrotex MMC-nin 90 dan çox əməkdaşı nəyinki bayram pulunu , hətta öz aylıq əmək haqqları tam ala bilmədiklərini deyirlər.
Onların sözlərinə görə, hər il aldıqları bayram qonararı bu il kəsilib.
Şikayətçilər bildirir ki, aylıq əməkhaqlarının azlığı bir yana, hətta hər il verilən bayram qonararının kəsilməsi ilin sonunda deyilib. Halbu ki, Dövlət büdcəsindən onların bayram qonararı almaları üçün 100 min manat pul ayrılıb. Ancaq indi onlara bu pulun verilməyəcəyi deyilir.
Ərazidə çəkiliş apararkən əməkdaşına yaxınlaşan Hidrotex MMC-nin direktor köməkçisi Rəşid Müslümov bildirdi ki, əvvəl bu şəxslər FHN-nin Su Ehtiyatları Dövlət Agentliyin əməkdaşları idilər. Bu ilin Mart ayının 31-də isə sərəncamla bu qurum ləğv edilərək işçilərin Dövlət Su Ehtiyatları Agentliyinə verilməsi nəzərdə tutulub. Ancaq bu hələ mümkün olmadığından işçilərin bayram hədiyyəsi olaraq hər il aldıqları qorarar bu il ödənilməsinə qərar verən şəxs yoxdur.
Mövcud problemlə bağlı Hidrotex MMC-nin direktoru Taleh Şamçıyevlə telefon əlaqəsi yaratdıq. Adı çəkilən qurumun rəhbəri bildirdi ki, əməkdaşlar üçün hər il qonararı FHN-nin maliyə idarəsinin rəisi Zaur Zeynalov tərəfindən ödənilib. Hazırda özü belə əməkdaşlarının haqqını almaq üçün çabaladığını deyir.
Adı çəkilən qurumdan oda bildirildi ki, əməkdaşların hazırkı iş yeri təsdiqlənərsə bundan sonra onlar əvvəlki qayda ilə bütün bayramlarda qonarar ala biləcəklər.
FHN-nin 90 -dan çox əməkdaşının pulu kəsildi: İŞÇİLƏR YÜZ MİNLİK YEYİNTİYƏ ETİRAZ ETDİ-FOTO/VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.