Xocalı soyqırımının şahidi, erməni əsirliyində ağır işgəncələrə məruz qalmış Salman Abbasov vəfat edib.
Denmedia.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı məlumat yayıb.
Salman Abbasov noyabrın 20-də Xocalıda dəfn olunub.
Qeyd edək ki, mərhum Milli Qəhrəman, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı görüntülərlə yaddaşlarda qalan Ləfxanım Mahmudovanın atasıdır.



