Noyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi keçirilib.
Denmedia.az xəbər verir ki, mərasim zamanı hər iki ölkənin Dövlət bayraqları ilə bəzədilmiş meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam və xanımı No Fon Li Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar.
Mərasimdə Azərbaycan və Vyetnamın Dövlət himnləri səsləndirilib. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.
Daha sonra prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Vyetnamın rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident To Lama təqdim olunublar.
Fəxri qarovul dəstəsi hərbi marşın müşayiəti ilə dövlət başçılarının qarşısından keçib.
Mərasim rəsmi foto çəkilişi ilə başa çatıb.

